Tayvanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb.
"Uniakl" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üzrə qərargahın hesabatında deyilib.
Məlumata əsasən, 1 106 sakin xəsarət alıb.
Yenilənmiş məlumatlara görə, 705 nəfər çətinliklə gedilə bilən ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin düşmüş sayılır.