Moskvanın Basmannı məhkəməsi Crocusda terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Tacikistan Respublikasından olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskdakı "Crocus City Hall" binasında terror aktı törədilib. Son məlumatlara görə, 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.