Sakit okeanda Rusiyanın Kuril adalarının şimal qrupu (Saxalin vilayəti) və Kamçatka yarımadasının cənubu yaxınlığında 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal"ın məlumatına görə, bu barədə "Yujno-Saxalinsk" seysmoloji stanisyasından bildiriblər.
Məlumata əsasən, yerli sakinlər yeraltı təkanları hiss ediblər.
Bildirilib ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 88 km şərqdə 63 km dərinlikdə yerləşib.