Aprelin 8-də 2024-cü ilin ilk Günəş tutulması başlayıb.

"Unikal" xəbər verir ki, bu hadisə tam Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 8-də Bakı vaxtı ilə saat 19:42-də başlayıb və aprelin 9-u saat 00:52-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 10 dəqiqə 7 saniyə davam edəcək. Tam tutulma prosesi 3 saat 16 dəqiqə 45 saniyə davam edəcək.

Tam tutulmanı Meksikadan, ABŞ və Kanadadan izləmək olacaq. Qismən tutulma isə Şimali Amerikanın, demək olar ki, hər yerindən, Atlantik və Sakit okeandan görünəcək.

Azərbaycan ərazisində Günəş üfüqdən aşağıda olduğu üçün bu hadisə müşahidə edilməyəcək.

*** 10: 19

Bu gün Günəş, Ay və Yer bir sırada kosmosda düzüləcək. 

"Unikal" xəbər verir ki, nadir hadisə nəticəsində Yerdə bir neçə dəqiqə tam qaranlıq olacaq. Yerin müəyyən hissəsində gün ərzində ayın kölgəsi formalaşacaq.

Alimlərin fikrincə, bu, Şimali Amerika qitəsinin böyük bir hissəsində baş verəcək və 2044-cü ilə qədər təkrarlanmayacaq Günəşin tam tutulmasıdır. Bu, insanlara heç bir təsiri olmayan adi astronomik hadisədir.

Günəş tutulması Azərbaycan ərazisindən görünməyəcək.

Ayın kölgəsi Meksika, ABŞ-nin 13 ştatı və Kanadanın bir hissəsindən keçərək Yer kürəsinin cənub-şərqindən şimal-qərbə doğru hərəkət edəcək. Tam tutulma hissəsi 4 dəqiqə 48 saniyə davam edəcək.

Ağarza Elçinoğlu