"Dövlət büdcəsi 36 milyard manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 7 milyard manat, Dövlət Neft Fonddunun isə bəlli büdcəsi var. Amma Hesablama Palatasının 166 nəfər işçisi, mindən yuxarı təşkilat var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, bu böyüklükdə olan ordunun qarşısında hansı heyətlə fəaliyyət göstəririk: "Bizim qonşu dövlət olan Gürcüstanın ali audit orqanın 342 nəfər işçisi var".
Palata sədri qeyd edib ki, vətəndaşların müraciəti 8,3 % artıb. V.Gülməmmədov əlavə edib ki, ən effektiv audit nəticələri hüquq-mühafizə orqanlarında aparılan auditlərdədir.
Anar Kəlbiyev