Fransa həkim qəbuluna gecikən xəstələri cərimələməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bunu Fransa Baş naziri Qabriel Attal bildirib.

Baş nazir qeyd edib ki, cərimə, qocalmanın və artan əhalinin artan tələblərini ödəmək üçün mübarizə aparan səhiyyə sistemini gücləndirmək məqsədi ilə tətbiq ediləcək.

O, həmçinin bildirib ki, “məsuliyyət mexanizmini” tətbiq edən qanunvericiliyin parlamentə təqdim ediləcəyi və hökumətin cəzaların 2025-ci ilin  yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir.

Təqdim olunan layihəyə əsasən, həkim qəbuluna gəlməyən və ya 24 saatdan az müddətdə əvvəlcədən gəlməməsi barədə xəbərdarlıq etməyən şəxslər cərimə ödəməlidir.

Zərifə Nağıyeva