YAP Nərimanov rayon təşkilatının “Təbriz küçəsi 51” ünvanlı Ərazi Partiya Təşkilatında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Ərazi Partiya Təşkilatının sədri Faiq Şahbazov, təşkilatın əməkdaşları və YAP üzvləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən Ərazi Partiya Təşkilatının sədri Faiq Şahbazov qalib ölkənin qalib vətəndaşı, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün dövlət başçısı İlham Əliyevin Sədri olduğu partiyanın üzvü olmağın qürurverici olmaqla yanaşı, hədəflərə doğru daha inamla irəliləməyə böyük stimul olduğunu vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı dövrdə Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Şuşamızın, Qarabağımızın, Xankəndimizin müasir intibah dövrünü yaşadığını diqqətə çatdırıb. Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Yeni Azərbaycan Partiyasının VII qurultayından sonrakı dövrdə aparılan islahatlardan, partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələr haqda ətraflı bəhs edib və ötən dövr ərzində Partiyanın və yerli təşkilatın gördüyü işlər haqda geniş məlumat verib.
Təşkilat sədri həmçinin bildirib ki, xalqın öz liderinə olan inamı və dəstəyi sayəsində istər Vətən müharibəsinə qədər, istərsə də müharibədən sonrakı dövrdə müntəzəm olaraq yenilənən bugünkü Azərbaycan məhz İlham Əliyevin yürütdüyü düzgün, düşünülmüş siyasətin nəticəsidir.
YAP Nərimanov rayon təşkilatının sədri, ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək tədbirlərdə fəal olmağa çağırıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda YAP Nərimanov rayon təşkilatının və Nərimanov rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamələr, partiyaya yeni üzv olan şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.