Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Ramazan bayramı münasibətilə şəhid övladları üçün şənlik keçirib.

"Unikal" xəbər verir ki, bayram şənliyində Vətən müharibəsi şəhidlərinin bir qrup övladına kulinariya üzrə bilik və bacarıqlar aşılanıb, müxtəlif əyləncəli, rəngarəng kompozisiyalar, interaktiv oyunlar təşkil edilib.

Tədbirin məqsədi qəhrəman Vətən övladlarının yadigarlarının fərdi bacarıqlarının inkişaf etdirilməsi, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaqdır.