"Ötən il “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) aparılan audit tədbirlərində bir sıra nöqsanlar hələ də var".
"Unikal" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, bu pozuntuların əksər hissəsinin aradan qaldırılması üçün televiziyanın rəhbərliyi tərəfindən təşəbbüslər irəli sürülüb.
Onun sözlərinə görə, bu istiqamətdə materiallar barədə qısa bir məlumat ictimailəşib: "Aparılan auditin nəticəsi hüquq-mühafizə orqanlarına təqdim edilməyib. Orada sadəcə bir məsələ, podratçı tərəfindən eyni layihənin iki dəfə fərqli şəxslərə təqdim edildiyi aşkar edilib. Sırf bu məsələ araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib. Məsələ aydınlaşıb və köçürülən vəsait dövlət büdcəsinə geri qaytarılıb”.