Rusiya və Ukrayna bir-birinə yaxın dövlətlər idi, lakin indi onlar düşmən olublar və bu, Moskvanın günahı ilə baş verib.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti (1994-2005) Leonid Kuçma "Kyodo" agentliyinə müsahibəsində deyib. 

Keçmiş prezident Rusiya-Ukrayna müharibəsini Qabil və Habil hekayəsinə bənzədib: "Qabil Habili öldürdü... Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir. Qardaş düşmən olanda xəyanətdən də pisdir". 

Kuçma iki ölkə arasındakı münasibətlərin pozulmasına görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Keçmiş prezidentin sözlərinə görə, Kiyev həmişə Moskva ilə bərabərhüquqlu və mehriban münasibətlər qurmaq istəyib.

Ağarza Elçinoğlu