Rusiyanın Orsk şəhərinin Komsomolskaya meydanında mitinq keçirilir. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Lenin abidəsi önünə toplaşan insanlar bölgədə su bəndlərinin qırılması səbəbindən ödənişlərin məbləğindən və səlahiyyətlilərin hərəkətsizliyindən şikayətlənirlər. 

Onlar prezidentin vəziyyətə müdaxilə etməsi ilə bağlı müraciətə diqqət yetirilmədiyini bildirib. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqi dağıtmağa çalışır. 

Ağarza Elçinoğlu