İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Suriyanın paytaxtı Dəməşqdə yeni konsulluğun binasının açılışını edib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, əvvəlki binanın İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində dağıdılmasından sonra İranın Dəməşqdə yeni konsulluğu açılıb.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtında İran səfirliyinin yaxınlığındakı binaya zərbələr endirib. Hücum nəticəsində konsulluğun binası dağıdılıb, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinin komandirləri, generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi öldürülüb.