Moskvanın Desenovskoye qəsəbəsində "Crocus City Hall" qurbanlarının xatirəsinə ucaldılan abidə yandırılıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxs saxlanılıb. 

Qeyd edək ki, yerli sakinlər “Crocus Citi Hall”da baş vermiş terror aktı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq ora gül dəstələri qoyurlar.