Keçən həftə Meksikanın Kitodakı səfirliyinə basqın nəticəsində ölkə polisi tərəfindən saxlanılan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlas komadadır.

"Unikal" xəbər verir ki, bu barədə yerli telekanal məlumat yayıb.

Qeyd olunur ki, siyasətçi bazar ertəsi günortadan sonra Quayakildəki hərbi xəstəxanaya köçürülüb, şənbə günündən isə həmin şəhərdə həbsxanadadır.

Hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, Qlas həbsxanada külli miqdarda antidepresant və sakitləşdirici dərman qəbul etdiyindən komaya düşüb.