Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla saxlanılan şəxsin digər analoji əməlləri də müəyyən edilib.
Belə ki, onun digər şəxslərin bank kartlarından müxtəlif kiber üsüllarla taladığı və elektron hesabında cəmlədiyi 93000 manat maddi vəsaitin olduğu da aşkarlanıb.
E.Bəşirovun digər talama cinayətlərinin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Paytaxt sakini olan bir nəfərin bank kartından 22760 manat vəsait oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü Emin Bəşirov saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gətirilib.