İŞİD terror qruplaşması Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından birində terror aktı törətməklə hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, terrorçular silahlı şəxsin şəklini və bu həftə oyunların keçiriləcəyi 4 stadionun adını “Hamını öldür” yazısı ilə dərc ediblər.
Onu da əlavə edək ki, "Real" - "Mançester Siti", "Arsenal" - "Bavariya" matçları bu gün baş tutacaq.
Aprelin 10-da isə “Atletiko Madrid” Dortmund “Borussiya”sı, PSJ isə “Barselona” ilə qarşılaşacaq.
Ağarza Elçinoğlu