Argentinanın Mendoza şəhərində yaşayan futbolçu Florensiya Quinazun keçmiş əri tərəfindən qətlə yetirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İqnasio Aqustin Notto adlıkişi əvvəlcə 30 yaşlı qadını döyüb, daha sonra onu boğaraq öldürüb. Kişi cinayətdən sonra intihar edib.
Hadisə zamanı cütlüyün 5 və 7 yaşlı uşaqları digər otaq olub.
Bildirilir ki, Quinazunu "Atletiko Argentino" futbol komandasının üzvüdür. Futbolçu karyerası ilə yanaşı sosial mediada da çox aktiv olan Quinazunun on minlərlə izləyicisi var.