“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb.
"Unikal"ın məlumatına görə, “Porsche” markalı avtomobil 20 min dollar ( 34 min AZN) qiymətində elan saytların birində yerləşdirilib.
Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, “Nikosayağı"nın qolu isə amputasiya edilib.
Gülayə Mecid