Rusiyada 16 ildir davam edən "Novqorod işi" üzrə xarici agent elan edilmiş baş redaktor Kirill Martınovun həyat yoldaşı Antonina Martınova həbs edilib.

"Unikal" Rusiya emdiasına istinadən xəbər verir ki, o, 16 ildir axtarışdadır və öz qızını öldürməyə cəhddə ittiham olunur.

Martınova hazırda Velikiy Novqoroddakı istintaq təcridxanasındadır. Onun işi üzrə məhkəmə iclası aprelin 16-na təyin edilib.

Xatırladaq ki, "Novqorod işi" üzrə Martınovaya qarşı 2007-ci ildə iki yaşlı qızını üçüncü mərtəbədən pilləkən boşluğuna atmaqla bağlı cinayət işi açılıb.

Uşaq çoxsaylı xəsarətlər alsa da, sağ qalıb.

Martınova qızının yıxıldığını iddia edib. 

Lakin hadisəni görən 11 yaşlı uşaq Antoninanı qızını qəsdən itələdiyini və onu necə aşağı atdığını gördüyünü bildirib.

2008-ci ildə məhkəmə Martınovanı təqsirli bilib. 

Lakin hökmdən sonra Martınova yoxa çıxıb. O, 16 il sonra tutulub.