BMT Təhlükəsizlik Şurası İsrailin hücumunu pisləsə, İran Suriyadakı konsulluğa hücuma görə İsrail hakimiyyətinə cavab verməkdən imtina edə bilər.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəliyindən bildirilib.

“Əgər BMT Təhlükəsizlik Şurası sionist rejimin Dəməşqdəki diplomatik obyektlərimizə qarşı təcavüz aktını pisləsə və bundan sonra məsul şəxsləri məsuliyyətə cəlb etsə, İranın bu yaramaz rejimi cəzalandırması zərurətindən qaçınmaq olar”, - missiyanın bəyanatında deyilir.