İspaniyada Kraliça Sofiya (ana) təcili olaraq xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Keçmiş İspaniya monarxı I Xuan Karlosun 85 yaşlı həyat yoldaşı aprelin 10-da xəstəxanaya yerləşdirilib. Onda infeksiya aşkarlanıb və həkim nəzarətinə götürülüb.
Sofiyanın oğlu, İspaniya kralı VI Filip kraliçanın həyatının təhlükədə olmadığını bildirib.