Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 11-də ümumi çəkisi 26 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 23 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq metamfetamin və 991 metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.