Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.
***23:51 (12.04.2024)
Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.
"Unikal" xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.
Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Bu gün onun halı yenidən pisləşib.