Ermənistanın Geğarkunik ərazisində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki hərbi qulluqçu yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
O qeyd edib ki, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.
Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.