İranın İsrail ərazisinə hücumu nəticəsində yeddi yaşlı uşağın ölümü barədə ilkin məlumatın doğru olmadığı üzə çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiyadakı səfiri Simona Qalperin məlumat verib.
"Biz məlumatı dəqiqləşdirmişik ki, uşaq ölməyib, onun vəziyyəti ağırdır", - diplomat bildirib.
Bundan əvvəl səfir bildirmişdi ki, İranın hücumu zamanı aldığı xəsarətlər nəticəsində yeddi yaşlı uşaq ölüb.
*** 13:23
İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşaq ölüb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simona Qalperin deyib.