Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 19 milyard 408,1 milyon manat təşkil edib.
"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,5 % artaraq 1 905 manata çatıb.