"İsrailin İranın misli görünməmiş hava hücumuna cavab verəcəyini gözləyirəm".
"Unikal" xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Josep Borrell İspaniyanın "Onda Cero" radiosuna müsahibəsində deyib.
O, ümid edib ki, bu, daha çox eskalasiyaya səbəb olmayacaq: "Biz uçurumun kənarında dayanmışıq və ondan uzaqlaşmalıyıq".
Onun sözlərinə görə, İsrailin sağçı hakim koalisiyasında qisas almaq istəyən sərt xətt tərəfdarları ilə daha mötədil və ağıllı fraksiya arasında dərin parçalanma var: "İranın nüvə dövlətinə çevrilməməsi və Yaxın Şərqdə sülhün olması hamı üçün faydalıdır".
Ağarza Elçinoğlu