Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tərəfdarlarını “xarici agentlər haqqında” qanuna qarşı aksiyalarda iştirak etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yazıb.

“Mən bu gündən etibarən tərəfdarlarımı “Rusiya qanunlarına” qarşı bütün aksiyalarda iştirak etməyə və Gürcüstanın azadlığını, müstəqilliyini və Avropa ilə gələcəyini müdafiə etməyə çağırıram”, - deyə o bildirib. 

Xarici agentlərlə bağlı qanun layihəsinə etirazlar bu gün səhərdən başlayıb. Əvvəlcə bir qrup vətəndaş cəmiyyəti fəalı parlament binasına arxa paralel küçəyə toplaşaraq deputatlardan sənədin müzakirəsini dayandırmağı tələb edib.