Bayden ailəsi 2023-cü ildə 619 976 dollar qazanıb. Bunun 146 629 dolları 23,7% dərəcəsi ilə federal gəlir vergisinə ödənilib.
"Unikal" xəbər verir ki, Ağ Ev ABŞ prezidenti Co Bayden və onun həyat yoldaşı Cil Baydenin 2023-cü il üçün vergi bəyannamələrindəki ümumi gəliri barədə məlumat dərc edib.
Qeyd olunur ki, 2023-cü ildə Co və Cil Bayden xeyriyyə işlərinə 20 477 dollar bağışlayıblar.