Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon dollar dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsindən "Unikal"a bildirilib ki, idxal olunan avtomobillər arasında 830-u elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Qeyd edək ki, bu növ avtomobillərin idxalı 2 dəfə artıb.
Bundan başqa, sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 35 ədəd olub. Bu növ avtomobillər 23,9 faiz azalıb.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6 faiz azalaraq 17 610 ədəd təşkil edib.