Çerniqovda Rusiya Federasiyasının raket zərbəsi nəticəsində 6 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Çerniqovda Rusiyanın endirdiyi yerdə axtarış-xilasetmə əməliyyatı aparılır. 14 nəfər ölüb , üçü uşaq olmaqla 61 nəfər yaralanıb", - məlumatda qeyd olunub.
***12:56
Çerniqovda Rusiyanın raket hücumu nəticəsində artıq 11 nəfər ölüb, 22 nəfər yaralanıb, azı 3 nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
"Dağıntılar altında insanlar var. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır. Psixoloqlar qurbanlarla işləyir", - nazir qeyd edib.
***12:27
Ukraynanın şimalında yerləşən Çerniqovda bir neçə partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat dərc ediblər.
Bölgədə hava hücumu xəbərdarlığı elan edilib.
“Çerniqov vilayətində raketlər Kiyevə doğru uçur, Silahlı Qüvvələr bildirir. Kiyev sakinləri sığınacaqlara getməyə çağırılır”, - KİV-lərdən biri yazıb.