Xarkov şəhəri müntəzəm dağıntılar fonunda “ikinci Hələbə” çevrilir.
"Unikal" xəbər verir ki, bunu Xarkov meri İqor Terekhov deyib.
"ABŞ-dən bu dəstəyə ehtiyacımız var ki, Xarkov ikinci Hələbə çevrilməsin", - mer bildirib.
Terekhov həmçinin vurğulayıb ki, Rusiya silahlı qüvvələri Xarkov istiqamətində taktikanı dəyişib, PUA-lardan daha fəal istifadə edir.