Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, aprelin 17-si saat 22 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində N.Dadaşov idarə etdiyi “Howo” markalı avtomobillə yolun kənarı ilə gedən 35-40 yaşlı qadını vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.