Azərbaycana idxal edilən daxiliyanma mühərrikli motosikllər və elektrik mühərrikli velosipedlər mayın 17-dən gömrük rüsumuna cəlb ediləcək.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.
Qərara əsasən, mühərrikinin silindrlərinin işçi həcmi 50 sm3 -dən çox olmayan porşenli daxiliyanma mühərrikli motosikllər (konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan və digərləri) üçün idxal gömrük rüsumu 15 % səviyyəsində müəyyən olunub.
Konstruksiyası ilə (və ya texniki göstəriciləri ilə) müəyyən olunan maksimal sürəti saatda 50 km-dən çox olan elektrik mühərrikli velosipedlər və digərləri 15 % idxal gömrük rüsumuna cəlb ediləcək.