Kaliforniya körfəzində, Meksika sahilləri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentrinin 10 kilometr dərinlikdə və 15 mindən bir qədər az insanın yaşadığı Loreto şəhərindən 87 kilometr aralıda yerləşdiyi qeyd edilir.
Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.