G7 xarici işlər nazirləri Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə riayət etməyə çağırıblar.
"Unikal" xəbər verir ki, bu barədə G7-nin bəyanatında deyilir.
“Biz Ermənistan və Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq olmağa çağırırıq", - sənədin mətnində deyilir.
G7 ölkələri münaqişənin daha da genişlənməsinin qəbuledilməz olacağını vurğulayıblar.
Ağarza Elçinoğlu