Reper Platin Rusiyaya giriş qaydalarını pozduğu üçün saxlanılıb.
"Unikal" xəbər verir ki, o alkoqol testindən keçməkdən imtina edib və üç inzibati qayda pozuntusuna yol verib.
Robert Plaudisə qarşı eyni anda üç maddə üzrə inzibati protokollar tərtib edilib: narkotik vasitələrdən istifadə, ölkəyə giriş qaydalarının pozulması (o, Latviya vətəndaşıdır) və qeyri-qanuni əmək fəaliyyəti.
Hazırda reper xüsusi təcridxanadadır və tezliklə məhkəməyə aparılacaq.
Təhlükəsizlik qüvvələri əməkdaşları reperi səhnədə ikən saxlayıblar.
Nuranə Abbasova