"Liverpul"un hücumçusu Məhəmməd Salah bu yay komandanı tərk etmək istəyir.
"Unikal" "The Sun"a istinadən xəbər verir ki, misirli futbolçu baş məşqçi Yurgen Kloppun gedişindən sonra "Liverpul"da qalmaq fikrində deyil.
Daha əvvəl Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.
Salahı transfer etməyə əsas namizəd Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubudur. Bildirilir ki, ərəblər Salah üçün 233 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən 31 yaşlı futbolçu bu mövsüm 38 oyuna 24 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir. Transfermarkt portalı Salahın dəyərini 65 milyon avro qiymətləndirir.