İki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayırıq.
"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
"Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq", - Mişel qeyd edib.