Tovuz rayonunun Yanıqlı kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və altına yığılan 4 ton ot bağlamasının 3 tonu yanıb.
FHN-dən "Unikal"a bildirilib ki, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İmişli rayonunun Məmmədli kəndində ümumi sahəsi 75 m² olan talvarın yanar konstruksiyaları 25 m² sahədə və altına yığılan 5 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.