Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Kremldə iki ölkə arasında münasibətləri müzakirə edəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Onun sözlərinə görə, liderlərin görüşü işçi səhər yeməyi zamanı davam etdiriləcək: "Kremldə iki dövlət başçısı arasında söhbət olacaq.
Məlumdur ki, Azərbaycanın indiki prezidentinin atası o vaxt SSRİ Nazirlər Sovetində "Baykal-Amur tikinti layihəsinə birbaşa rəhbərlik edib. Əlbəttə, bu, xüsusi əhəmiyyət kəsb edir: Hazırda layihənin, o cümlədən bizim ikitərəfli münasibətlərimizin 50 illiyidir".
Peskov xatırladıb ki, Moskva İtaliya və Türkiyədən sonra Bakının üçüncü mühüm ticarət tərəfdaşıdır.
Ağarza Elçinoğlu