"Gürcüstan Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə prosesin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır".
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşımda qeyd olunub.
"Gürcüstan regionda davamlı sülhün təmin edilməsində maraqlıdır və iki qonşu ölkə arasında sülh və etimadın yaradılması prosesinə töhfə vermək üçün güclü öhdəliyini bir daha təsdiq edir", - deyə məlumatda qeyd olunub.