Baş rollarını Özge Özpirinçci, Necip Memili, Metin Akdülgerin canlandırdığı "Sandık kokusu" serialının heyətinə yeni aktrisa daxil olacaq.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Feri Güler rol alacaq. O, layihədə "Hülya" obrazına həyat verəcək.
Qeyd edək ki, "Show" telekanalında yayımlanan serial iyunun 12-i mövsüm finalı edəcək.