Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı qırğızıstanlı həmkarı ilə mətbuata bəyanatında bildirib.
“Mən Sadır Nurqujoyeviçi noyabrda COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, hər bir görüş həm qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin möhkəmləndirilməsi baxımından, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından mühüm və dəyərlidir.