Tovuzda sərnişin avtobusu piyadanı vurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki piyadanı vuran sərnişin avtobusu Bakıdan Qazaxa gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov