Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problemlər yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

3. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Tbilisi prospekti, mərkəz istiqamətində;

6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.