Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb.
"Unikal"ın məlumatına görə, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev rayon ərazisində yerləşən yaşayış binasının təmirində işləyən zaman dördüncü mərtəbədən yıxılıb.
O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirlir.
Qeyd edək ki, V.Cəmayev Kəlbəcərdə usta işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov