"Qazprom" 2023-cü ildə qaz biznesində itkilər edib.
"Unikal" xəbər verir ki, bu barədə "Qazprom"un 2023-cü ildə beynəlxalq maliyyə hesabatları standartlarının (BMHS) nəticələrində qeyd olunub.
Səhmdarlara aid olan xalis zərər 629 milyard rubl təşkil edib ki, bu da dörddə bir əsrdə ilk belə nəticə olub. Bundan əlavə, qaz biznesi ayrıca 1,179 trilyon rubl zərər verib.
Neft biznesi isə 765 milyard rubl nəticə ilə gəlir gətirib.
Hesabatlar həmçinin göstərir ki, Rusiyadan kənarda qaz satışından əldə olunan gəlir 2,6 dəfə azalıb, beləliklə, 2021-ci illə müqayisədə şirkət xaricə satışdan 2,9 trilyon rubl itirib. Sərbəst pul axını mənfi 126 milyard rubl təşkil edib, xalis borc isə 1,33 dəfə artaraq 5,23 trilyon rubla çatıb.
“Qazprom”un 2023-cü ildə gəlirləri 27 faiz azalaraq 8,54 trilyon rubl, əməliyyat xərcləri isə 8 faiz azalaraq 8,58 trilyon olub. Eyni zamanda, investisiyalar 11 faiz artaraq 2,4 trilyon rubla çatıb.
Şirkət sonuncu dəfə 1999-cu ildə BMHS-a uyğun olaraq zərər vermişdi.
Ağarza Elçinoğlu