Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var.
"Unikal" xəbər verir ki, bu barədə "REN TV" məlumat yayıb.
Federal Vergi Xidməti artıq blogerin şirkətinin hesablarını bloklayıb. Sözügedən şirkət restoran və yeməklərin çatdırılması xidməti ilə məşğuldur.
Bloklanmaya səbəb isə vergi bəyannaməsinin təqdim edilməməsi olub.