Vin Dizelin final adlandırdığı "Forsaj 11" 2026-cı ildə işıq üzü görəcək.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki. bu barədə rejissor Lui Leterye məlumat verib.
Ekran işinin çəkilişləri gələn ilin əvvəlində başlayacaq və 2026-cı ildə nümayişə çıxacaq. Bu ilk filmin 25 illiyinə təsadüf edəcək.
Qeyd edək ki, "Universal Pictures" şirkəti əvvəlcə "Forsaj 11"i 2025-ci ilin aprelində buraxmağı planlaşdırırdı. Ekran işində baş rolu Vin Dizel canlandıracaq.